“Azərbaycanda seçicilərin sayı ötən illə müqayisədə 0,6 faiz, yəni, 28 792 nəfər artıb”.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib.
N. Məmmədov seçici siyahılarının martın 3-dək dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları tərəfindən ictimailəşdiriləcəyini, MSK-nın saytında yerləşdiriləcəyini söyləyib.