8 karateçimiz Avstriyaya yola düşür

14:15 - 28 Fevral 2018 - İDMAN

Milli komandanın əsas və əvəzedici heyətinin bir neçə üzvü 2-4 mart tarixlərində Avstriyada Seria A turunirində iştirak edəcək.
 

"Ucnoqta.az" Milli Karate Federasiyasından Trend-ə verilən məlumata istinadən bildirir ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.
 

Qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də -67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.
 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq. Avstriyanın Zalsburq şəhərində Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq.

Xəbər xətti