AFFA İntizam Komitəsi "Zirə" klubunu 200 manat cərimələyib.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki səbəb Azərbaycan Premyer Liqasınıb XVII turunun "Neftçi" ilə səfər matçı zamanı "Zirə"nin futbolçusu İlkin Muradovun ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması səbəb olub.
76-cı dəqiqədə cəzalanan Muradov martın 4-də "Keşlə" ilə ev oyununu buraxmalı olacaq.
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçında qalib müəyyənləşməyib - 1:1.