Azərbaycan millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha bir oyunun vaxtı müəyyənləşib.
"Ucnoqta.az" Apasport.az-a istinadən bildirir ki, Rəşad Sadıqovun yetirmələrinin İrlandiya ilə səfər matçının start fitinin veriləcəyi an dəqiqləşib.
Martın 27-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Oyun Dublinin “Talla” stadionunda keçiriləcək.
Qeyd edək ki, yığmamız növbəti oyununa martın 22-də çıxacaq. Mitrovitsanın Adem Yaşari Olimpiya Stadionundakı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.