Topaz Premyer Liqasının 17-ci turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qolun müəllifi dəyişdirilib.
Bu, oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən gerçəkləşib. Referinin təqdim etdiyi sənəddə göstərilib ki, qolu Riçard Almeyda deyil, Mahir Mədətov vurub. Müvafiq düzəliş matçın protokoluna da edilib.