Rəşad Sadıqov karyerasını nə vaxt bitirəcək? - Açıqlama

15:34 - 24 Fevral 2018 - İDMAN

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov karyerası nə zaman bitirəcəyi ilə bağlı danışıb.

 

"Ucnoqta.az" Futbol11.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın kapitanı, 21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Rəşad Sadıqov fiziki durumu  yaxşı olarsa, zədələr imkan versə, daha bir il oynamaq barədə düşündüyünü deyib.

 

Təcrübəli kapitan Azərbaycan Radiosunda qonaq olub. Sadıqov gələcək karyerası ilə bağlı yekun qərarı may ayında, millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşdən sonra verəcəyini bildirib:

 

"Milliyə təyinat almamışdan öncə Qurban müəllimlə Elxan Məmmədov məni yeməyə dəvət etmişdi. Loru dildə desək, millidə çalışmağı boynuma qoydular. Çünki mən U-20-də işləməyə razılıq vermişdim. Lakin məlum məsələlərdən sonra U-21 məşqçisiz qaldı. Bundan sonra mənə dedilər ki, sən götürməlisən. Çünki orda seçmə mərhələnin sonuna qədər məqşçi dəyişkliyi olmayacaqdı. Mən də bildirdim ki, hələ oynayıram, karyeram davam edir. Görüşdə də bildirdim ki, 1 il oynamaq barədə düşünürəm. Elxan müəllim də dedi ki, millini seçməyin işini çətinləşdirməyəcək. Son qərarı may ayında verəcəyik.  Qurban müəllimlə söhbət edəndən sonra qərarı açıqlayacağam. Amma yenə deyirəm, bacarsam daha bir il oynayacam".

 

Mərkəz müdafiəçisi azarkeşlər tərəfindən hər zaman dəstək aldığını bildirib:

 

"Hamı bir tərəfdən deyir ki, karyeranı başa vurma.  Görsəm ki, çatdırmıram, yəqin ki, karyeramı başa vuracam. Bu, açıq məsələdi. Amma bitirəcəyimlə bağlı konkret fikir yoxdu".

Xəbər xətti