Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşib. Yəni, komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır.
1/8 finalda görüşəcəklər:
"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)
"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)
"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.