Azərbaycanda oynamış futbolçuya ömürlük cəza

16:15 - 22 Fevral 2018 - İDMAN

Belarusda danışılmış oyunlarda iştirak edən şəxslər cəzalandırılıb.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Belarus Futbol Federasiyasının Etika Komissiyasının diskvalifikasiya etdiyi futbol adamlarının sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Vladimir Makovski də yer alıb. O, futboldan ömürlük uzaqlaşdırılıb.  
 

Buna onun Belarusun “İsloç” komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirakı səbəb olub.
 

Onunla birlikdə “İsloç”un formasını geyinmiş Aleksandr Tişkeviç, Aleksandr Lebedev, Andrey Porıvayev, Yuri Rıjko, həmçinin Sergey Şumanov, İqor Juravlyov (hər ikisi “Luç”), Vitali Jeludok, Vyaçeslav Palaznik, Yeqor Qudel, Aleksey Sakoviç (hamısı “Oşmyanı-BQUFK”) və İlya Qavrilov (“Qranit”) da eyni cəzaya məruz qalıb.

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illər mövsümlərində "İnter"də çıxış ediblər.

Xəbər xətti