“Bu, sadə və maraqlı kitabdır. Mən kitabda çox hadisənin olmasını istəmədim. Bu kitab sayəsində insanlar mənim tərcümeyi-halım və tarixim haqda məlumat alacaqlar".
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın keçmiş hücumçusu Dino Ndlovu deyib.
Cənubi Afrika Respublikası milli komandasının hücumçusu Sizvi Sitoul tərəfindən qələmə alınan və ötən ilin sonlarında işıq üzü görən kitabla bağlı təəssüratlarını açıqlayıb.
O, kitab sayəsində gəncləri onlara imkansız görünən şeylərə ilhamlandırmağa çalışdığını deyib: "Bu kitab vasitəsilə gəncləri onlara imkansız görünən şeylərə ilhamlandırmq istəyirəm. Onlar özlərinə inanmalıdırlar".
Kitabın müəllifi olan Sizvi Sitoul isə bu sözləri deyib: "Bu kitab Dinonun həyatı, üzləşdiyi çətinliklər və vacib məqamlarda qəbul etdiyi qərarlardan bəhs edir. Dinonun "Qarabağ"ın heyətində Çempionlar Liqasında "Kopenhagen"in qapısına vurduğu qolu xatırlayıram. O, bu qolla bütün Bakını ayağa qaldırmışdı. İnsanlar bütün gecə qələbəni qeyd etdilər, "Qarabağ"ı səhərədək hava limanında gözlədilər".
Qeyd edək ki, qış transfer dönəmində "Qarabağ"dan ayrılan Ndlovu Çinin "Xançjou Qrintaun" klubuna keçib.