FİFA Səudiyyə Ərəbistanını DÇ-2018-ə buraxmaya bilər.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, səbəb dövlət rəhbərlərinin futbola müdaxiləsi və Qətər klublarının Asiyanın Çempionlar Liqası çərçivəsində qəbul edilməsindən imtinadır.
Ali futbol qurumu vəziyyətin qəlizləşməməsi üçün artıq Səudiyyə Ərəbistanının yerli futbol qurumuna xəbərdarlıq ünvanlayıb.
Buna bənzər hallar təkrarlanacağı təqdirdə sözügedən ölkə bu yay Rusiyada baş tutacaq mundialdan kənarda qalacaq.