Cəmi bir idmançımız var idi, o da finişə çata bilmədi

10:24 - 22 Fevral 2018 - İDMAN

Cənubi Koreyanın Pxençxan şəhərində kemirilən 23-cü Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, dağ xizəkçiliyinin slalom yarışlarında qüvvəsini sınayan idmançımız finişə çata bilməyib. 
 

O, yarış zamanı yıxılaraq mübarizəni dayandırıb.  
 

Qeyd edək ki, ilk keçiddə yalnız 52 idmançı finişə çatıb. 

Xəbər xətti