Deputat Ağsuçayın hazırkı durumundan danışdı

10:05 - 22 Fevral 2018 - Cəmiyyət

Ağsu- İsmayıllı seçki dairəsindən deputat seçilmiş Tahir  Kərimli Ağsuçayın  hazırkı vəziyyətindən danışıb. 
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan  deputat bildirib ki, Bakı-Göyçay yolunun Ağsu rayonundan keçən hissəsində bənd yuyulub: “Buna da səbəb çayın məcrasından çıxmasıdır. Bu proses 10 ildir ki davam edir. Bəndin bərpa edilməsi ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə müraciət olunub. Qurum yaxın günlərdə bəndin bərpası işlərinə başlayacaq. Hazırda şəhərə heç bir təhlükə yoxdur”.

Xəbər xətti