Ramil Usubov Gəncənin rəisini işdən çıxardı -Açıqlama

13:17 - 21 Fevral 2018 - Müsahibə

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi polis polkovnik-leytenantı Rəhim Zalov tutduğu vəzifədən azad edilib.

 

Ucnoqta.az” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Ramil Usubov əmr imzalayıb. Rəhim Zalovun işdən çıxarılmasına səbəb İdarədə DİN-tərəfindən aparılan yoxlamalar nəticəsində aşkarlanan qanun pozuntularıdır.

 

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin növbətçi hissəsindən saytımıza verilən açıqlamada, rəisin səlahiyyətlərinin müvəqqəti olaraq müavini Elnur Quliyevə tapşırıldığı bildirilib.

 


Xəbər xətti