“Neftçi” klubunda icraçı direktor vəzifəsinə təyinat olub.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, “Sumqayıt”ın baş meneceri vəzifəsində çalışan Ceyhun Sultanov bundan sonra “Neftçi”də çalışacaq.
Qeyd edək ki, Kamran Quliyev fevralın 16-da “Sumqayıt”ın prezidenti postunu tərk edərək “Neftçi”də eyni vəzifəyə təyin edilib.