Pxençxan-2018: Kanada 9-cu qızıl medalını əldə edib

22:00 - 21 Fevral 2018 - İDMAN

Kanadalı Breydi Lemen Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında fristaylın ski-kross növü üzrə kişilərin yarışında qızıl medal qazanıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, isveçrəli Mark Bişofberger ikinci, rusiyalı Sergey Ridzik isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu, Kanadanın 9-cu "qızıl"ı, ümumilikdə isə 20-ci medalı olub. Medal sayında ilk pillədə Norveç (30 medal), ikinci sırada Almaniya qərarlaşıb (23). Kanada isə üçüncü yerdədir.

Xəbər xətti