"Sumqayıt"a müvəqqəti prezident təyin olundu

16:01 - 20 Fevral 2018 - İDMAN

Bu gün "Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Ucnoqta.az" Apasport.az-a  istinadən xəbər verir ki, toplantıda “gənclik şəhəri” təmsilçisinin sabiq prezidenti Kamran Quliyevə fəaliyyətinə görə təşəkkür olunub, ona gələcək işlərində uğurlar arzulanıb.
 
Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb.
 
Qeyd edək ki, “Sumqayıt”dan şəxsi istəyi ilə ayrılan Kamran Quliyev isə bir neçə gün öncə “Neftçi”nin prezidenti təyin olunub. 

Xəbər xətti