Cənubi Koreyada keçirilən buz üstündə rəqs oyunlarında Türkiyəni təmsil edən Alisa Agafonova və Alper Uçar geyimləri ilə gündəmə gəliblər.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur “Reuters” agentliyi idmançıları tənqid edən məqalə dərc edib. Xəbərdə Alisa və Alperin ümumi 147.18 bal toplayaraq 20 idmançı arasında 19-cu olmasının səbəbləri açıqlanıb.
Sayt yazır ki, türk idmançılar geyimlərində mühafizəkar olublar və qapalı geyimləri onların sərbəst hərəkətinə mane olub.
Xəbərdə həmçinin, bu günə kimi buz üstündə rəqs zamanı geyinilən ən qapalı paltarın bu olduğu qeyd edilib.
Alper Uçar mövzu ilə bağlı açıqlama verib. O, Alisanın həmin paltarda özünü çox rahat hiss etdiyini bildirib.