"Keyni transfer edin"
"Real"ın hücumçusu Kriştiano Ronaldo rəhbərlikdən maraqlı xahiş edib. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "Tottenhem"in hücumçusu Harri Keynin alınmasını istəyib.
İddiaya görə, "kral klubu" ingiltərəli forvard üçün 200 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Keynlə "Yuventus" da yaxından maraqlanır. Turin klubu Keynin transferinə 250 milyon avro ayırıb.