Olimpiadada rusiyalı idmançıda dopinq aşkarlandı

13:59 - 19 Fevral 2018 - İDMAN

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında rusiyalı kerlinqçidə dopinq aşkarlanıb.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, kerlinq ustası Aleksandr Kruşelnitskinin dopinq testi Seulda keçirilən əlavə laborator müayinələrdən sonra qadağan edilmiş maddələrə malik olduğu aşkarlanıb.

Həyat yoldaşı Anastasiya Brızqalova ilə birlikdə oyunların bürünc medalını qazanmış Kruşelnitskinin medalından məhrum olunacağı gözlənilir.
Beynəlxalq Olimpiya Komitəsinin üzvü Riçard Paund rusiyalı idmançıların Olimpiadaya buraxılmasının əleyhinə olduğunu deyib.

Xəbər xətti