FİFA prezidenti Canni İnfantino transfer pəncərəsi ilə bağlı yeni dəyişikliklər təklif edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Nəşrin məlumatına görə, qurumun rəhbəri qış trasfer pəncərəsinin ləğvi, klublarda oyunçuların sayının məhdudlaşdırılması və futbolçulara verilə biləcək məvacibin maksimum həddinin müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
Təklif edilən islahatlara fevralın 28-də FİFA-nın icraiyyə komitəsində baxılacaq.