FİFA prezidenti Canni İnfantino qış transfer pəncərəsini ləğv etməyi təklif edib.
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, qurumun rəhbəri həmçinin klublarda oyunçuların sayının azaldılması və futbolçulara məvacib məhdudiyyətinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.
Təklif edilən islahatlara fevralın 28-də FİFA-nın icraiyyə komitəsində baxılacaq.