Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Gudermanis və Aleksey Spasyonnikov kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.
Qeyd edək ki, görüş martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək.