İsveçrəli xizəkçi Dario Kolonya XXIII Qış Olimpiya Oyunlarında 15 km məsafəyə sərbəst üsulda qızıl medal qazanıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Kolonya 33 dəqiqə 43,9 saniyə göstərici ilə birinci olub və dördqat olimpiya çempionu tituluna sahib çıxıb.
Norveçli Simen Heqstad Kryuqer ikinci yeri tutub. Rusiyalı Denis Spitsov isə bürünc medal qazanıb.
Qeyd edək ki, Dario Kolonya daha əvvəl 2010-cu il Vankuver və 2014-cü il Soçi (2 məsafədə) Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2013-cü ildə dünya çempionluğu əldə edib.