PSJ-nin futbolçusu Neymar ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Real”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, braziliyalı ulduz mərhələni adlamaq şanslarını dəyərləndirib:
“Mərhələ adlamaq çox çətindir, amma heç bir şey mümkünsüz deyil. Ötən mövsüm mən “Barselona”da oynayanda daha pis bir vəziyyətdə mərhələni keçmişdik. Ümid edirəm ki, bu il PSJ ilə bacaracağıq".
Ötən yay 222 milyon avro qarşılığında “Barselona”dan Paris təmislçisən keçən Neymar komandada xoşbəxt olduğunu dilə gətirib:
“PSJ ilə müqaviləm var. Komanda yoldaşlarımla xoşbəxtəm və buradakı macəralarıma köklənmişəm”.