Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyli öz ərizəsi ilə vəzifədən azad olunub.
"Ucnoqta.az" xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, L.Seyidbəyliyə yeni vəzifə verilib: "Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub".
S.Əhmədova onu da qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.