İsveçli xanım biatlonçu Hanna Eberq Qış Olimpiya Oyunlarında 15 km məsafəyə fərdi yarışda qızıl medal qazanıb.
O, 15 km məsafəni 41 dəqiqə 7,2 saniyəyə qət edib və heç bir atışı boşa getməyib. Bununla da Eberq karyerası ərzində ilk böyük uğurunu əldə edib. İsveçli biatlonçunun bu qələbəsi sensasiya kimi qiymətləndirilib.
Slovakiyalı Anastasiya Kuzmina gümüş, almaniyalı Laura Dalmayer isə bürünc medal əldə edib.
Qeyd edək ki, bu, İsveç millisinin olimpiadada 3-cü "qızıl"ı və 5-ci medalı olub. Hazırda bu ölkə medal sıralamasında 6-cı pillədədir.
//Report//