"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb" İcra Hakimiyyəti

14:49 - 14 Fevral 2018 - Cəmiyyət

"Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıb".

"Ucnoqta.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfər adamın olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".

Xəbər xətti