AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.
"Ucnoqta.az"-ın "Report"a istinadən verdiyi məlumata görə, buna Ağdam komandasının azarkeşlərinin Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ” ilə oyun zamanı davranışları səbəb olub.
Fanatlar matçın 72-ci dəqiqəsində meydana kənar əşyalar atıblar. Bu səbəbdən, kluba 1600 manat cərimə kəsilib.
Qeyd edək ki, qarşılaşma qolsuz yekunlaşıb - 0:0.