Miqrantların Avropaya Aralıq dənizi vasitəsilə axını azalıb

18:28 - 14 Fevral 2018 - İDMAN

2018-ci ildə miqrantların Aralıq dənizi vasitəsilə Avropaya axını azalıb, amma plüm halları artıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı bildirir.
 

Təşkilatın məlumatına görə, 2018-ci ilin lik həftələrində Aralıq dənizi vasitəsilə Avropaya 8 min 154 miqrant keçib. Ötən il bu qədər zaman ərzində Avropaya 12 min 358 miqrant keçmişdi.
 

Ekspertlərin sözlərinə görə, miqrant axınının azalmasına baxmayaraq ölüm halları artıb. Beləliklə, 2018-ci ilin yanvar ayının 1-dən fevralın 11-nə kimi Aralıq dənizində 401 nəfər həlak olub, 2017-ci ilin anoloji dövründə 261 nəfər həlak olub.
 

Ümumilikdə 2018-ci ildə dünyada 589 miqrant həlak olub, onlarla miqrant isə itkin düşüb.
 

Təşkilat bildirir ki, daha çox miqrant İtaliyaya gəlir (2018-ci ildə 4 min 731 nəfər). Bundan əlavə, Yunanıstana və İspaniyaya da miqrant axınının çox olduğu bildirilir.

Xəbər xətti