Ötən gecə UEFA-nın Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
"Ucnoqta.az" Modern.az-a istinadla bildirir ki, ilk oyun günündə iki görüş keçirilib.
İtaliyada “Yuventus” İngiltərə “Tottenhem”ini qəbul edib. Oyun 2:2 hesablı heç-heçəylə bitib.
İsveçrədə isə “Bazel” İngiltərə Premyer Liqasının lideri olan “Mançester Siti” ilə üz-üzə gəlib. Rəqibinə heç bir şans tanımayan “Mançester Siti” rəibə 4 cavabsız top vurub.
13 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
“Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə) 2:2
Qollar: İquain, 2 (1:0); 9-pen (2:0), Keyn, 35 (2:1), Erikssen. 72 (2:2)
Qaçırılan penalti: İquain, 45+2 ("Yuventus")
“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4
Qollar: İlkay Gündoğan, 14, Silva, 18, Aquero, 23, İlkay Gündoğan, 53
Bu gün 1/8 final mərhələsində daha iki oyun keçiriləcək:
23:45."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
23:45."Real" (İspaniya) - PSJ (Fransa)