“O məğlubiyyətdən dərs çıxarmışıq”

00:20 - 14 Fevral 2018 - İDMAN

PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Real”la oyun barədə danışıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, uruqvaylı forvard İspaniyanın “Marca” nəşrinə açıqlamasında Madrid təmsilçisi ilə oyunöncəsi həyəcanlı olduğunu deyib:
 

““Real”la qarşılaşmaq həyəcanlı gəlir. Tarixi oyun baş tutacaq və stadionda atmosfer əla olacaq. Çempionlar Liqasının qalibi olmaq istəyirəm və bunun üçün qollar vurmağa hazıram”.
 

Kavani ötən il PSJ-nin "Barselona"ya uduzduqları oyunu unutduqlarını deyib:
 

“Ötən mövsüm “Barselona”ya pis bir şəkildə uduzduq. Ancaq bu məğlubiyyətdən dərs çıxarmışıq. Daha çox təcrübə qazandıq. İndi də mübarizəni davam etdiririk. O oyunda hakim Dəniz Aytəkinin kobud səhvləri var idi, amma bir insanı günahlandırmağı sevmirəm. Uduzduğunuz oyunların 98 faizi etdiyiniz səhvlərdən və rəqibin gücündən baş verir. Digər şeylər isə önəmli deyil”.
 

Qeyd edək ki,”Real” - PSJ matçı sabah 23:45-də baş tutacaq.

Xəbər xətti