“Hazırda “Formula-1” üzrə dünya Qran-prisi 503 milyon azarkeşi əhatə edir”.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bunu "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunan konfransdakı çıxışında deyib.
O bildirib ki, azarkeşlərin sayı Avropada çoxluq təşkil etsə də, şirkət digər qitələrə də nüfuz etməyi planlaşdırır: "Getdikcə azarkeş sayında artım müşahidə olunmaqdadır. Yarış ev sahibi ölkə üçün böyük tanıtım imkanıdır. Bakı da “Formula-1”dən böyük fayda görüb. Normalda idman yarışına gələn insanlar ölkədə başqa yerləri də ziyarət edirlər. Üç gün ərzində yarışla bərabər yerli mədəniyyətlə də tanış olurlar”.