Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü

13:00 - 13 Fevral 2018 - İDMAN

Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Azərbaycana növbəti işgüzar səfəri başlayıb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa futbol qurumunun təmsilçiləri həftəsonuna qədər davam edəcək.
 

Onlar bu müddətdə finalı qəbul edəcək Bakı Olimpiya Stadionu ilə yanaşı paytaxtımızdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər. Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Xəbər xətti