Polis və DTX Bakıda əməliyyat keçirdi

12:41 - 13 Fevral 2018 - DİGƏR

Polis və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Bakıda əməliyyat həyata keçirib.

"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində Nizami rayonu ərazisində 400 qram civənin satılmasının qarşısı alınıb. Civəni satmaq istəyən Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və Ordubad sakini Hacı Qurbanov tutulub.
 
Araşdırma aparılır.

Xəbər xətti