“İbrahim Sehiçlə Türkiyədəki toplanış zamanı görüşdük. O, "Qarabağ"ın düşərgəsində idi, mən də klubumla birlikdə”.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisinin sabiq üzvü Tomislav Piplitsa deyib.
Ölkəsinin mətbuatına müsahibə verən 49 yaşlı veteran qolkiper "Qarabağ"ın üzvü İbrahim Sehiçin Çempionlar Liqasının qrup mərhələsindəki çıxışına toxunub.
Almaniyanın “Aylenburq” klubunda çalışan Pipiltsa Sehiçin oyunun müsbət dəyərləndirib: “Sehiç öz üzərundə çox işləyib və əla qapıçı səviyyəsinə yüksəlib. Ona uğurlar arzu edirəm və arzulayıram ki, “ən yaxşı"lardan biri olsun”.
Tomislav “Qarabağ”ın qolkipperinin ölkəsinin əsas üzvü ola bilməməsini bəxtsizliklə əlaqələndirib: “Sehiçin bəxti ona gətirməyib ki, Asmir Beqoviçlə eyni dövrə düşüb. Asmirin “Çelsi”də işləri yolunda getməsə də, həvəsdən düşmədi. Çünki ən azı cəhd edib. Orda güclü rəqabətlə üzləşmişdi”.
Qeyd edək ki, Tomislav Piplitsa 1987-ci ildə keçirilən gənclər arasında dünya çempionatında qızıl medal qazanıb.