Həcc ziyarətinə sənəd qəbulu başlayır

13:35 - 12 Fevral 2018 - DİGƏR

Azərbaycanda bu gündən etibarən Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna başlanılır.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidir.
 

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti 7 min manatdır.

Xəbər xətti