Belə ki, həftənin əsas müzakirə mövzusu olan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 11 aprel tarixində keçiriləcək seçkisi ilə bağlı sərəncamı ətarfında geniş polimikalar aparmışdır.
Növbədənkənar prezident seçkisinə ilk şərh Prezidentin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən verilib. Prezidentin köməkçisi növbədənkənar seçkinin elan edilməsi haqqında sərəncamda nəzərdə tutulmuş məsələlərin Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğunluğunu vurğulayıb.
Sosial şəbəkə istifadəçiləri arasında xüsusi marağa səbəb olan müzakirələrdən biri də Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, Rusiya İctimai Palatasının üzvü olmuş Maksim Şevçenkounun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölüşüdüyü qənaəti olub.
Video görüntüsü ilə "Ağ Yol" qrup üzvlərinə təqdim olunan bu xəbərin müzakirəsi də çoxsaylı rəylər ilə nəticələnib. “Ağ Yol” Vətəndaş Hərəkatının sosial şəbəkə fəalları rusiyalı politoloqun birmənalı fikirlərini əsaslandıraraq işğalçı ölkənin əsl mahiyyətini digər faktlarla öz fikir və rəyləriylə sübuta yetiriblər.
“AĞ YOL” VƏTƏNDAŞ HƏRƏKATI