AFFA ömürlük futboldan qovulanların apellyesiya şikayətinə baxacaq

12:14 - 9 Fevral 2018 - İDMAN

Bir müddət öncə AFFA adı danışılmış oyunlarda hallanan futbolçular haqda sərt qərar qəbul etdi.  

Belə ki, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova, o cümlədən “Keşlə” klubunun keçmiş əməkdaşı Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edildi. Qərarda həmçinin qeyd edildi ki, tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Mirhüseyn Seyidov saytımıza açıqlamasında Nizami Hacıyevlə birlikdə apellyasiya üçün müraciət etdiklərini bildirmişdi.
 

"Ucnoqta.az" xəbər verir ki, Modern.az saytı apellyasiya qərarını öyrənmək üçün AFFA ilə əlaqə yaradıb.
 

AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı öncə Apellyasiya Komitəsinin iclası olmalıdır:
“Bildiyim qədərilə həmin futbolçular apellyasiyaya müraciət ediblər. Amma Apellyasiya Komitəsinin iclası olmayıb. İclas olan kimi bununla bağlı qərarı mətbuata açıqlayacağıq.
Ümumiyyətlə prosedur belədir: Apellyasiya Komissiyasının iclası olur və yekun qərar AFFA-nın mətbuat xidmətinə təqdim edilir. Nəticədə həmin qərarı biz saytımızda yerləşdiririk. Hələ ki bizə heç bir məlumat təqdim olunmayıb”.
 

Xəbər xətti