Xalq artisti Zərnigar Ağakişiyyeva 2-3 gün əvvəl vəfat edibmiş.
"Ucnoqta.az" Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon şöbəsindən "Ölkə.Az"-a verilən məlumata istinadən bildirir ki, xalq artistinin təxminən 2-3 gün əvvəl ürək xəstəliyindən vəfat etdiyi müəyyənləşdirilib. Ekspertizadan bildirilib ki, sənətkar doğulduğu Quba rayonunda dəfn edilmək üçün hazırlanır.
Xatırladaq ki, "Şöhrət" ordenli xalq artisti Zərnigar Ağakişiyeva ötən gecə yaşadığı mənzildə ölü tapılıb.