Siqaretin içində heroin gətirdi, yaxalandı

10:20 - 9 Fevral 2018 - Xəbər

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.

 
"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti