Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

09:29 - 9 Fevral 2018 - Xəbər

 Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, həmçinin axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Xəbər xətti