Ötən gün Azərbaycanda qeydə alınan cinayətlərin sayı açıqlanıb

18:52 - 8 Fevral 2018 - Xəbər

 Ötən gün respublikanın daxili işlər orqanları 125 cinayət faktı qeydə alıb.

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, onların da 25-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Xəbər xətti