Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında deputatların bir çoxu sədr müavini Rışard Çarnetskinin vəzifədən azad edilməsinin lehinə səs veriblər.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Rışard Roza Tun adlı deputatın ünvanına xoşagəlməz ifadələr işlədib.
Assambleyanın siyasi qrup liderlərinin müvafiq təklifinin lehinə 447, əleyhinə isə 196 səs verilib. Bu prosedur Avropa Parlamentində ilk dəfədir ki, tətbiq edilir.