"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir."
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink Bakıda keçirilən mətbuat konfransında bildirib.
"İyirmi il çox uzun zamandır. Həmsədrlər indi Bakıdadırlar. Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, bu münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyirik", - B.Brink deyib.