İran Qəzvin-Rəşt dəmir yolunun işə düşəcəyi tarixi açıqladı

00:16 - 8 Fevral 2018 - Xəbər

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu gələn ay açılacaq.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu “İran Dəmir Yolları” şirkəti rəhbərinin tikinti və inkişaf üzrə müavini Cabarəli Zəkəri deyib.
 

C.Zəkəri qeyd edib ki, bu sahədə relslərin qoyulması martın 20-dək başa çatacaq: “Artıq dəmir yolunun 165 kilometrlik hissəsi tikilib, qalan 12 kilometr həmin tarixədək hazır olacaq”.
 

Qeyd edək ki, “Qəzvin – Rəşt – Astara (İran) – Astara (Azərbaycan)” dəmir yolu Şimali Avropa ilə Şənub Şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsidir.
 

Birinci mərhələdə bu dəhlizlə ildə 6 milyon ton, daha sonra ildə 15-20 milyon ton yük göndərilməsi nəzərdə tutulur.

Xəbər xətti