İlk dəfə olaraq piyadalara qarşı reyddə YPX-nın qadın əməkdaşı iştirak edib
Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib.
"Ucnoqta.az" xəbər verir ki, İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib. Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.
Ucnoqta.az xəbər verir ki, bəzi xanım piyadalar “nişanı görmədim”, “həkimdən gəlirəm”, “belim ağrıyır keçidə girə bilmirəm” kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar.
Reyddən fotoları və videonu təqdim edirik: