Azərbaycanda hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə biləcək.
"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, bununla bağlı Əmək Məcəlləsinin 134-cü maddəsinə (Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası) 6-cı bənd əlavə edilir.
Yeni bəndə görə, hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.