“Həmkarlar ittifaqları haqqında” qanuna dəyişiklik edilir

11:20 - 7 Fevral 2018 - Xəbər

Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanuna dəyişiklik edilir.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, dəyişikliklə qanunun 8-ci (Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi) maddəsinə əlavə olunacaq.

Əlavəyə əsasən, Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.

Xəbər xətti