Xızıda yol tikintisinə 2 milyon manat ayrıldı

18:44 - 6 Fevral 2018 - Xəbər

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sərəncama əsasən, yolun tikintisi üçün 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbər xətti