Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun proqramı müəyyənləşib.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, qış fasiləsindən sonra ilk turun açılış oyunu fevralın 10-da saat 16:00-da olacaq.
Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Sumqayıt" üz-üzə gələcək. Saat 19:00-da turun mərkəzi görüşündə "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq. Qarşılaşma "Azərsun Arena"da təşkil ediləcək.
Daha 2 oyun ertəsi gün nəzərdə tutulub. Fevralın 11-də saat 15:00-da "İnter Arena"da "Keşlə" - "Səbail" matçı start götürəcək. Turun son oyunu isə saat 17:00-da "Bakcell Arena"da "Neftçi" ilə "Kəpəz" arasında keçiriləcək.
Qeyd edək ki, hələlik Peşəkar Futbol Liqası turun proqramını açıqlamayıb. Oyun saatlarının teleyayımla və digər məsələlərlə əlaqədar dəyişdirilməsi istisna deyil.